Azərbaycan adları barədə məlumat [inzibati reqlament] [İstifadəçi təlimatı]

İstinad mənbəyi: Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti, I kitab Antroponimlər, Bakı 2011
Tərtibatçılar: Rəna Xalıqova, Rübabə Əliyeva, Zenfira Ələkbərova

Axtarış parametrləri       Hərflə başlayan

Adlar
 AdAdın şərhi
1Abadkişi adı, sadə, azərbaycan mənşəli «abad» məskun edilmiş, becərilmiş, düzəldilmiş yer,yaşayış məntəqəsi mənalarını bildirən topoformantdır. Şəxs adı kimi «mədəni, səliqəli, arzu olunan» mənalarını ifadə edir.
2Abbas // Abaskişi adı, sadə. Doğru variantı Abbasdır. ərəb mənşəli, «əbbas» (qaraqabaq, tutqun, qəzəbli) sözündəndir. Məhəmməd peyğəmbərin əmisi və imam Əlinin oğlanlarından biri bu adı daşımışlar. Şəxs adı kimi azərbaycan mənşəli dilinə islam dininin təsiri altında keçmişdir.
3Abbasov (a) // Abasov (a)familiya, Abbas // Abas şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
4Abbaszadə // Abaszadəfamiliya, Abbas // Abas şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
5Abbasağa // Abasağakişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + ağa (azərbaycan mənşəli 1. cənab; yüksək mənsəb sahiblərinə müraciət; 2. ataya, böyük qardaşa müraciət) sözlərindən düzəlib. «Böyük Abbas», «cənab Abbas» mənasını ifadə edir.
6Abbasalı // Abasalıkişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli Alı ( kişi, oğul, ər mənalarını ifadə edən şəxsi ad) sözlərindən düzəlib. «Qəzəbli ər, qaraqabaq kişi, qəzəbli oğul» mənasına uyğundur.
7Abbasalıyev (a) // Abasalıyev (a)familiya, Abbasalı // Abasalı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
8Abbasbəy // Abasbəykişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli bəy (ictimai təbəqə, titul bildirir) sözlərindən düzəlib. Keçmişdə şəxsin bəy tituluna mənsub olduğunu ifadə etmişdir. Müasir antroponimikada adı yaşatmaq məqsədilə istifadə olunur.
9Abbasbəyli // Abasbəylifamiliya, Etnonim mənşəlidir. Şəxsin Abbas // Abas bəyin ailəsinə, nəslinə mənsubluğunu bildirir. Abbas // Abas şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli varlıq, aidlik, mənsubluq ifadə edir) şəkilçi– si.
10Abbasbəyov (a) // Abasbəyov (a)familiya, Abbas // Abas şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi) .
12345678910...