AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

22 aprel 2013-cü il                                                                                     № 3-N

 

“Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

 

QƏRARA ALIR:

 

1. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumatın verilməsi.

 

1.2. Elektron xidmətin məzmunu: Borcluya onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

 

- “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsi;

- «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 5-ci bəndi;

- Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 27-ci bəndi;

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli  Fərmanının 2-1-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 3.16-cı bəndi;

 

1.4.        Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.

 

1.5.        Elektron xidmətinin digər icraçıları: Yoxdur.

 

1.6.  Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

 

1.7.        Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.

 

1.8  Elektron xidmətin göstərilməsinin nəticəsi: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatlanmış olur.

 

2.      Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi.

 

2.1. Elektron xidmətin növü:   İnformativ.

 

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

 

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

 

2.4.         Elektron xidmətin təqdim olunma yeri: http://exidmet.justice.gov.az, http://www.e-gov.az

 

2.5.        Elektron xidmət barədə məlumatlandırma: http://www.justice.gov.az, http://e-gov.az

elektron poçt:  contact@justice.gov.az, ibi@justice.gov.az

əlaqə telefonları: + (99412) 539-19-80 /  +(99412) 492-15-49

 

2.6.        Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün heç bir sənəd tələb olunmur.

 

3.      Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1.        İnformativ növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

 

3.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi həyata keçirir.

 

3.2.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

 

3.2.2. Nəzarətin qaydası: Xidmətin daim işlək vəziyyətdə olması sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən izlənilir. Xidmətin icrası zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur.

 

3.3 Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi məsuliyyət daşıyır. 

 

3.3.1.     İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.3.2.     Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

 

3.3.3.                Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.