Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 dekabr tarixli 17-N nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1.  Elektron xidmətin adı: Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin borclu tərəfindən elektron qaydada internet vasitəsilə ödənilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 78-81-ci maddələri;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu bəndi;

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin  24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi  icra  hakimiyyəti  orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.15-ci bəndi. 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları:  “AG Bank” ASC və “Azericard” MMC

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənişi ilə bağlı müddət sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

 1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Borclu tərəfindən borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin elektron qaydada internet vasitəsilə ödənilməsinin təmin edilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv 

2.2. Elektron xidmət üzrə ödəniş:  Ödənişli,  2012-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Mastercard INT.” beynəlxalq kart təşkilatının “Mastercard valyutadaxili hesablaşma xidməti”nə qoşulmuş banklar arasında ödəniş kartları vasitəsilə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına həyata keçirilən ödənişlər üzrə ölkədaxili xidmət tariflərinin müəyyən olunması üzrə Kollektiv Saziş”ə Əlavə 1- “Xidmət tarifləri”nə əsasən borc, icra ödənişi və icra hərəkətləri ilə bağlı xərclər üzrə minimal-0.30 manat olmaqla, maksimal-ödənilən məbləğin-0.5%-i.

Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin edir.

Qeyd: İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edilir) borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru icra ödənişinin alınması barədə qərar qəbul edir.

Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin ödənilməli olduğu hesablar:

 

İcra xidmətinin adı

Ödəniləcək bank

Ödəniləcək hesab

Bakı şəhəri Binəqədi rayon icra şöbəsi

Kapital Bank 1 saylı Binəqədi filial

AZ50AİİB33010019441500220115

Bakı şəhəri Qaradağ rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ16CTRE00000000000002087370

Bakı şəhəri Yasamal rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ95CTRE00000000000002088470

Bakı şəhəri Nizami rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ96CTRE00000000000002087870

Bakı şəhəri Nərimanov rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ80CTRE00000000000002087770

Bakı şəhəri Nəsimi rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ63CTRE00000000000002088270

Bakı şəhəri Sabunçu rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ97CTRE00000000000002087270

Bakı şəhəri Suraxanı rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ48CTRE00000000000002087570

Bakı şəhəri Səbail rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ79CTRE00000000000002088370

Bakı şəhəri Xətai rayon icra şöbəsi

Kapital Bank 1 saylı Xətai filialı

AZ72AİİB32090019443700202107

Bakı şəhəri Xəzər rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ32CTRE00000000000002087470

Abşeron rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ53CTRE00000000000002086801

Astara rayon icra bölməsi

Kapital Bank Astara filialı

AZ08AİİB32051019447600201176

Ağdam rayon icra qrupu

Kapital Bank Ağdam filialı

AZ81AİİB32051019448600201186

Ağdaş rayon icra bölməsi

Kapital Bank Ağdaş filialı

AZ27AİİB32051019446000201160

Ağstafa rayon icra qrupu

Kapital Bank Ağstafa filialı

AZ85AİİB32051019445200201152

Ağsu rayon icra qrupu

Kapital Bank Ağsu filialı

AZ22AİİB32051019445400201154

Ağcabədi rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ03CTRE00000000000002085470

Balakən rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ18CTRE00000000000002088401

Beyləqan rayon icra bölməsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ86CTRE00000000000002084170

Biləsuvar rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ40CTRE00000000000002082670

Bərdə rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ52CTRE00000000000002085170

Qazax rayon icra qrupu

Kapital Bank Qazax filialı

AZ14AİİB32051019443660201136

Qax rayon icra qrupu

Kapital Bank Qax filialı

AZ20AİİB32051019447100201171

Qəbələ rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ09CTRE00000000000002081870

Quba rayon icra şöbəsi

Kapital Bank Quba filialı

AZ37AİİB32051019446500246165

Qusar rayon icra qrupu

Kapital Bank Qusar filialı

AZ17AİİB32051019444800201148

Qubadlı rayon icra qrupu

Turanbank Sumqayıt filialı

AZ85TURA36015002260700102944

Daşkəsən rayon icra qrupu

Kapital Bank Daşkəsən filialı

AZ47AİİB32051019448400201184

Zaqatala rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ44CTRE00000000000002080270

Zərdab rayon icra qrupu

Kapital Bank Zərdab filialı

AZ80AİİB320510194446002201146

İmişli rayon icra bölməsi

Kapital Bank İmişli filialı

AZ49AİİB32051019446700201167

Yardımlı rayon icra qrupu

Kapital Bank Yardımlı filialı

AZ38AİİB32090019447500803175

Yevlax rayon icra bölməsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ36CTRE00000000000002085070

Kürdəmir rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ90CTRE00000000000002081790

Kəlbəcər rayon icra qrupu

Kapital Bank Kəpəz filialı

AZ65AİİB32051019442800201128

Laçın rayon icra qrupu

Kapital Bank Ağcabədi  filialı

AZ86AİİB32051019449200201192

Lerik rayon icra qrupu

Kapital Bank Lerik  filialı

AZ71AİİB32051019447400201174

Lənkəran rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ12CTRE00000000000002082010

Masallı rayon icra bölməsi

Kapital Bank Masallı filialı

AZ44AİİB32051019446100201161

Mingəçevir şəhər icra bölməsi

Kapital Bank Mingəçevir filialı

AZ82AİİB32051019442900201129

Neftçala rayon icra qrupu

Kapital Bank Neftçala filialı

AZ95AİİB32051019446400201164

Oğuz rayon icra qrupu

Kapital Bank Oğuz filialı

AZ66AİİB32051019446800201168

Saatlı rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ53CTRE00000000000002084570

Sabirabad rayon icra bölməsi

Kapital Bank Sabirabad filialı

AZ46AİİB32051019444400201144

Salyan rayon icra bölməsi

Kapital Bank Salyan filialı

AZ12AİİB32051029444300201143

Samux rayon icra qrupu

Kapital Bank Samux filialı

AZ64AİİB32051019448500201185

Siyəzən rayon icra qrupu

Kapital Bank Siyəzən filialı

AZ39AİİB32051019445500201155

Sumqayıt şəhəri üzrə icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ44CTRE00000000000002086672

Tərtər rayon icra qrupu

Kapital Bank Tərtər filialı

AZ39AİİB32051019445500201155

Ucar rayon icra qrupu

Kapital Bank Ucar filialı

AZ25AİİB32051019447700201177

Xaçmaz rayon icra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ62CTRE00000000000002084602

Xocavənd rayon icra qrupu

Kapital Bank Beyləqan filialı

AZ41AİİB32051019444000202140

Xızı rayon icra qrupu

Kapital Bank Xızı filialı

AZ66AİİB45090289442400007124

Şabran rayon icra qrupu

Azərbaycan Beynəlxalq Bankı Şabran filialı

AZ95İBAZ36010019449580043253

Şamaxı rayon icra qrupu

Dövlət Xəzinədarlıq Agentliyi

AZ56CTRE00000000000002082770

Şəki rayonu üzrə İcra şöbəsi

Kapital Bank Şəki filialı

AZ03AİİB32051019447000201170

Şəmkir rayon icra bölməsi

Kapital Bank Şəmkir filialı

AZ97AİİB32051019444700201147

Şirvan şəhəri üzrə İcra şöbəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ07CTRE00000000000002083070

Hacıqabul rayon icra qrupu

Kapital Bank Hacıqabul filialı

AZ78AİİB32051019446300201163

Cəbrayıl rayon icra qrupu

Kapital Bank Cəbrayıl filialı

AZ18AİİB32051019448800201188

Cəlilabad rayon icra bölməsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ24CTRE00000000000002082570

Goranboy rayon icra qrupu

Kapital Bank Goranboy filialı

AZ51AİİB32051019445000201150

Göyçay rayon icra bölməsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ26CTRE00000000000002081370

Göygöl rayon icra qrupu

Kapital Bank Göygöl filialı

AZ30AİİB32051019448300201183

Gəncə şəhəri üzrə İcra idarəsi

Dövlət Xəzinədarlıq Agentliyi

AZ11CTRE00000000000002080670

 

 

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları. 

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az ; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az ; ibi@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 492 15 49

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

1. Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;

2. Plastik kartın nömrəsi, qüvvədə olma tarixi, mühafizə kodu;

3. Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin ödənilməsi üçün əsas olan sənədin adı, nömrəsi və tarixi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət etmək hüququ hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində aidiyyəti icra qurumunun adını seçir, elektron poçt ünvanını, ödəməli olduğu məbləği və bu reqlamentin 2.6-cı bəndində qeyd olunanlar əsasında müvafiq sahələrə lazımı məlumatları daxil edib “ödə” düyməsini vuraraq sorğunu formalaşdırır.

3.2.2. Sorğunun qəbulu: Sorğu qəbul olunduğu təqdirdə özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd istifadəçiyə təqdim olunur. Sənəd həm sistemdən çap oluna bilər, həm də elektron poçt ünvanına göndərilə bilər.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş məlumatlarda çatışmazlıqlar (müvafiq sahələrin tam doldurulmaması və ya səhv daxil edilməsi, bank hesabı və ya plastik kart ilə bağlı problemlərin olması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə dərhal məlumat verilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:  İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlarda çatışmazlıqlar  aşkar edilməzsə sorğu qəbul olunur. Sorğu qəbul olunduğu təqdirdə bu barədə istifadəçiyə özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd təqdim olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində müəyyən olunmuş forma üzrə rekvizitləri daxil edir;

- Avtomatik rejimdə ödəniş həyata keçirilir və bu barədə istifadəçiyə özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd təqdim olunur;

- Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin ödənişi barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sənəd dövriyyəsi sisteminə daxil olur və müvafiq icra qurumuna göndərilir.

Elektron xidmətin icrasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

- İstifadəçi  icra qurumunun adını seçir və elektron poçt ünvanını, ödənişin məbləğini və bu reqlamentin 2.6-cı bəndində qeyd olunanlar əsasında müvafiq sahələrə lazımı məlumatları daxil etməklə qeyd edilən ödənişlərin ödənilməsi imkanını əldə edir;

- İstifadəçi borcu, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərcləri internet vasitəsilə ödəyir;

- Müvafiq icra qurumunun əməkdaşı borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin ödənilməsi barədə sənədi əldə edir.

Əməliyyatların icra müddəti onun informasiya sistemində emalı müddətində asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

İstifadəçi elektron xidmət vasitəsilə borcu, icra ödənişini, icra hərəkətləri ilə bağlı xərcləri internet vasitəsilə ödəyirbu barədə istifadəçiyə özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd təqdim olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi tərəfindən həyata keçirilir.

3.5.1. Nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması gündəlik nəzarətdə saxlanılır. Ödənişlə bağlı sistemin məlumatları mütəmadi olaraq nəzərdən keçirilir.

3.5.2. Nəzarət qaydası: Xidmətin daim işlək vəziyyətdə olması, habelə ödənilən vəsaitin vaxtında müvafiq hesablara yerləşdirilməsi sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Xidmətin icrası zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:  Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.