Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 26-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

İcra qurumları və onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1.                 Elektron xidmətin adı: İcra qurumları və onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsi.

 

1.2.                 Elektron xidmətin məzmunu: Respublika ərazisində fəaliyyət göstərən icra qurumlarının dislokasiyası, xəritədə yerləşmə mövqeyi, məsul şəxsləri, telefon nömrələri, iş günləri və saatları, məhkəmə və ya digər orqanın qərarının icrası ilə bağlı üzərinə həbs qoyulmuş və müvafiq qaydada qiymətləndirilərək satılması üçün hərraca çıxarılmış əmlakın tipi, adı, texniki göstəriciləri, qiyməti, hərracdan alınması üçün şərtlər, hərracın keçiriləcəyi yer, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlaklarının satışı üzrə ticarət şəbəkələrinin adları, məsul şəxsləri, ünvanları, telefon nömrələri, iş günləri və iş saatları barədə ətraflı məlumatların istifadəçilər tərəfindən əldə olunması.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

 

- İcra haqqında 2001-ci il 27 dekabr tarixli 243-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 43, 45 və 53-cü maddələri;

- İpoteka haqqında 2005-ci il 15 aprel tarixli 883-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 39-43-cü maddələri;

- Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 90.3-cü maddəsi;

- Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı;

- Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərməsi Qaydalarının və Elektron xidmət növlərinin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısının 3.11-ci bəndinə uyğun olaraq hazırlanmışdır.

 

1.4.                 Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi.

 

1.5.                 Elektron xidmətinin digər icraçıları: Yoxdur.

1.6.                 Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

 

1.7.                 Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

 

1.8 Elektron xidmətin göstərilməsinin nəticəsi: Respublika ərazisində fəaliyyət göstərən icra qurumlarının dislokasiyası, xəritədə yerləşmə mövqeyi, məsul şəxsləri, telefon nömrələri, iş günləri və saatları, məhkəmə və ya digər orqanın qərarının icrası ilə bağlı üzərinə həbs qoyulmuş və müvafiq qaydada qiymətləndirilərək satılması üçün hərraca çıxarılmış əmlakın tipi, adı, texniki göstəriciləri, qiyməti, hərracdan alınması üçün şərtlər, hərracın keçiriləcəyi yer, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlaklarının satışı üzrə ticarət şəbəkələrinin adları, məsul şəxsləri, ünvanları, telefon nömrələri, iş günləri və iş saatları barədə ətraflı məlumatlar əldə edə bilərlər.

 

2.      Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi.

 

2.1. Elektron xidmətin növü: İnformativ.

 

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

 

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

 

2.4.                 Elektron xidmətin təqdim olunma yeri: www.exidmet.justice.gov.az, www.e-gov.az

 

2.5.                 Elektron xidmət barədə məlumatlandırma: www.justice.gov.az,

www.e-gov.az

elektron poçt: contact@justice.gov.az, ibi@justice.gov.az

əlaqə telefonları: + (99412) 539-19-80 / +(99412) 492-15-49

 

2.6.                 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

 

Elektron xidmətin göstərilməsi üçün hər hansı sənədin təqdim edilməsi tələb olunmur.

 

3.      Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1.                 İnformativ xidmət istifadəçilər üçün daim açıqdır və sistemə müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

 

3.2.                 Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

 

3.2.1. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi tərəfindən həyata keçirilir.

3.2.2. Nəzarətin forması: Xidmətin daim işlək vəziyyətdə olması gündəlik nəzarətdə saxlanılır.

3.2.3. Nəzarətin qaydası: Xidmətin daim işlək vəziyyətdə olması sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Xidmətin icrası zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur.

 

3.3.                 Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Ədliyyə Nazirliyinin İcra baş idarəsi məsuliyyət daşıyır.

 

3.3.1.           İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

 

3.3.2.           Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və eletron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir

 

Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlər